Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq komandası İtaliyanın Jesolo şəhərində keçirilən WAKO dünya çempionatında uğurlu nəticə göstərib. Azərbaycan idmançıları mötəbər yarışda ümumilikdə 16 medal əldə ediblər.
Komandanın qazandığı mükafatların 10-u qızıl, 4-ü gümüş, 2-si isə bürünc olub. Gənclər arasında üç, yeniyetmələr arasında isə yeddi Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq dünya çempionu adını qazanıb.
Azərbaycan millisinin medalçıları
- Qızıl medal: Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq), Gülgəz İbrahimli (48 kq), Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq), Eldar Rzayev (75 kq).
- Gümüş medal: Əli Nəcəfov (+91 kq), Kamil Aşirov (42 kq), Həsən Allahyarov (67 kq), Atabəy Şirinov (37 kq).
- Bürünc medal: Tamerlan Məmmədli (81 kq), Həzrət Hadiyev (71 kq).
Beləliklə, Azərbaycan komandasının 10 üzvü dünya çempionatını qızıl medalla başa vurub. Ümumilikdə isə milli komanda bütün əyarlı medallar əldə etməklə Jesolodakı yarışda diqqətçəkən nəticəyə imza atıb.
Azərbaycan nümayəndələri hakimlik sahəsində də uğur qazanıblar. Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A kateqoriyalı hakim statuslarını yeniləyiblər.
Anar Məmmədov turnirdə ayrıca mükafata layiq görülərək yarışın ən yaxşı rinq hakimi seçilib. Komandanın dünya çempionatındakı fəaliyyətinə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov rəhbərlik edib.






