More

    Azərbaycan qadın şahmat millisinin Dünya Çempionatına vəsiqə uğrunda mübarizəsi başlayır

    Noyabrın 18-23 tarixlərində İspaniyanın Linares şəhərində qadın şahmat komandaları arasında Dünya Çempionatı keçiriləcək. Yarışa ev sahibliyi edən İspaniya ilə yanaşı, 2023-cü il Dünya Çempionatının ən güclü dörd komandası – Gürcüstan, Fransa, Qazaxıstan və ABŞ, həmçinin qitələr üzrə reytinq əsasında seçilmiş Çin, Ukrayna, Peru, Misir, Hindistan və FİDE komandaları qatılacaq.

    Azərbaycan isə Dünya Çempionatına vəsiqə verəcək 12-ci yer uğrunda Özbəkistanla seçmə matçda qarşılaşacaq. Bu mühüm qarşılaşma 1-2 noyabr tarixlərində Bakıda, “Dinamo” otelində təşkil olunacaq.

    İki günlük rapid yarışının yekununda qalib gələn komanda Dünya Çempionatına qatılacaq. Azərbaycan millisi seçmə matçda aşağıdakı heyətlə mübarizə aparacaq: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynovdur.

    Seçmə oyunun baş hakimi Faiq Həsənov təyin olunub. Yarışın açılış mərasimi 1 noyabrda saat 11:00-da start götürəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni