18 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışında iştirak etmək üçün Latviyanın Dauqavpils şəhərinə gedib. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, baş məşqçi Cahangir Seyed Abbasi 14 oyunçunu yarışa hazırlayıb.
Milli komandamızda yer alan idmançılar aşağıdakılardır: Elvin Qədirli, Əlihüseyn Məmmədov, Əli Həmzəyev, İsmayıl Abbasov, Okan İsayev, Məhəmməd Orucov, Zamiq Mayılov, İslam Zamanov, Orxan Aslanzadə, Daniil Belov, Rafiq Rzayev, Elvin Abdullayev, Turan Qəhrəmanlı və Məhəmməd Bayramov.
Yarış noyabrın 20-23 tarixləri arasında keçiriləcək və Azərbaycan komandası yarışın B qrupunda mübarizə aparacaq. Bu qrupda onlar Estoniya və Ukrayna komandaları ilə qarşılaşacaqlar.
Bu çempionat Azərbaycan gənc voleybolçuları üçün vacib təcrübə mənbəyi və gələcək uğurların bünövrəsi olacaq.



