More

    Azərbaycan üçüncü dəfə gənc cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək

    Azərbaycan gənc cüdoçular arasında Avropa Kubokuna üçüncü dəfə ev sahibliyi edəcək. Sport-Az xəbər verir ki, Avropa Cüdo İttifaqının (EJU) rəsmi təqviminə daxil edilən turnir 3-4 may tarixlərində Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

    Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, ölkəmiz beynəlxalq cüdo turnirlərinin təşkilində böyük təcrübəyə malikdir.

    “Artıq ənənəvi hal alan Avropa Kuboku bu dəfə fərqli bir regionda – Qubada baş tutacaq. Daha əvvəl bu yarış iki dəfə Göygöldə keçirilmişdi. Turnirin əsas məqsədi yalnız gənc cüdoçularımızın beynəlxalq yarış təcrübəsini artırmaq deyil, həm də cüdonun ölkəmizin müxtəlif bölgələrində populyarlaşmasına töhfə verməkdir”, – deyə o vurğulayıb.

    Turnirin ardından, 5-7 may tarixlərində Qubada gənc cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni