Azərbaycan yığması dünya çempionatında Almaniya ilə üz-üzə gələcək

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışları baş tutacaq.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Almaniya yığması ilə qarşılaşacaq.

Qarışıq komanda yarışı çərçivəsində ümumilikdə altı çəki dərəcəsində döyüşlər keçiriləcək. Bu çəkilər aşağıdakılardır:

  • Kişilər: -73 kq, -90 kq, +90 kq
  • Qadınlar: -57 kq, -70 kq, +70 kq

Ümumi mübarizəyə 16 komanda qatılıb, yarışlarda isə 172 cüdoçu iştirak edir.

Təsnifat mərhələsinin görüşlərinə saat 12:00-da, final blokuna isə saat 20:00-da start veriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni