2024-cü ildə fərdi olimpiya idman növlərində ən yüksək qazanc əldə edən Azərbaycan idmançılarının adları bəlli olub.
Sport-az rəsmi məlumatlara əsaslanaraq ötən ilin ən çox qazanan idmançılarını müəyyən edib. “Top-7” siyahısında Paris 2024 Yay Olimpiya Oyunlarının mükafatçıları da yer alıb. Onlar dövlətdən və Milli Olimpiya Komitəsindən (MOK) yüksək mükafatlar alıblar.
Liderlər kimlərdir?
Müxtəlif federasiyalardan, sponsorlar və digər gizli mənbələrdən gələn gəlirlər nəzərə alınmasa da, Hidayət Heydərov ilin ən çox qazanan idmançısı olub.
Dünyaca tanınmış cüdoçu Olimpiya, dünya, Avropa çempionluğu və “Böyük dəbilqə” turnirində qələbə qazanaraq “qızıl poker” edərək böyük mükafat əldə edib. Onun ardınca ikinci yerdə Zelim Kotsoyev, üçüncü pillədə isə boksçu Alfonso Dominqes qərarlaşıb.
Azərbaycanın ən çox qazanan 7 idmançısı
1️⃣ Hidayət Heydərov (cüdo) – 692 372 AZN
- Olimpiya çempionu (dövlət) – 400 000 AZN
- MOK mükafatı – 200 000 AZN
- Dünya çempionu (dövlət) – 20 000 AZN
- Dünya çempionu (IJF) – 26 000 avro (48 097 AZN)
- Avropa çempionu (dövlət) – 15 000 AZN
- “Böyük dəbilqə” çempionu (IJF) – 5 000 avro (9 275 AZN)
2️⃣ Zelim Kotsoyev (cüdo) – 668 097 AZN
- Olimpiya çempionu (dövlət) – 400 000 AZN
- MOK mükafatı – 200 000 AZN
- Dünya çempionu (dövlət) – 20 000 AZN
- Dünya çempionu (IJF) – 26 000 avro (48 097 AZN)
3️⃣ Alfonso Dominqes (boks) – 361 000 AZN
- Olimpiya gümüş mükafatı (dövlət) – 200 000 AZN
- MOK mükafatı – 100 000 AZN
- İBA mükafatı – 25 000 ABŞ dolları (42 500 AZN)
- Avropa çempionatı bürünc (dövlət) – 10 000 AZN
- Avropa çempionatı bürünc (İBA) – 5 000 ABŞ dolları (8 500 AZN)
4️⃣ Qasım Məmmədov (taekvondo) – 310 000 AZN
- Olimpiya gümüş mükafatı (dövlət) – 200 000 AZN
- MOK mükafatı – 100 000 AZN
- Avropa çempionatı bürünc (dövlət) – 10 000 AZN
5️⃣ Həsrət Cəfərov (yunan-Roma güləşi) – 168 859 AZN
- Olimpiya bürünc mükafatı (dövlət) – 100 000 AZN
- MOK mükafatı – 50 000 AZN
- Avropa çempionu (dövlət) – 15 000 AZN
- Qızıl Qran Pri (UWW) – 1 500 İsveçrə frankı (2 894 AZN)
- Bürünc Qran Pri (UWW) – 500 İsveçrə frankı (965 AZN)
6️⃣ Məhəmmədxan Məhəmmədov (sərbəst güləş) – 164 447 AZN
- Olimpiya bürünc mükafatı (dövlət) – 100 000 AZN
- MOK mükafatı – 50 000 AZN
- Avropa çempionatı gümüş (dövlət) – 13 000 AZN
- Qran Pri gümüş (UWW) – 750 İsveçrə frankı (1 447 AZN)
7️⃣ Giorgi Meşvildişvili (sərbəst güləş) – 160 000 AZN
- Olimpiya bürünc mükafatı (dövlət) – 100 000 AZN
- MOK mükafatı – 50 000 AZN
- Avropa çempionatı bürünc (dövlət) – 10 000 AZN
Ümumi qazanc: 2 milyon 524 min 775 AZN
Futbolçular niyə siyahıda yoxdur?
Komanda idman növləri bu hesablamaya daxil edilməyib, çünki Azərbaycan futbolçularının qazancına dair rəsmi açıqlamalar yoxdur.