Serbiyanın Novi Sad şəhərində davam edən U-23 dünya çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxışları ilə diqqət çəkirlər. Bu gün sərbəst güləş üzrə millimizin iki üzvü final görüşünə çıxıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov finalda iranlı rəqibi Sina Xəlili ilə qarşılaşıb. İlk hissədə üstünlük rəqibdə olsa da, Kənan böyük səbir və zəhmətlə görüşü 9:4 hesabı ilə qalib bitirərək ilk dəfə olaraq U-23 dünya çempionu adını qazanıb.
125 kq-də çıxış edən Xetaq Karsanov da finalda iranlı Abolfazl Necada ilə gücünü sınayıb. Bu il ən ağır çəkiyə keçən Karsanov rəqibinə 0:11 hesabı ilə uduzaraq dünya çempionatının gümüş medalını əldə edib.



