More

    Azərbaycanın III MDB Oyunlarına yollanacaq cüdo heyəti bəlli oldu

    Azərbaycan Cüdo Federasiyası III MDB Oyunlarında ölkəmizi təmsil edəcək cüdoçuların siyahısını açıqlayıb. Verdiyi məlumata görə, ölkəmizi 16 çəki dərəcəsi üzrə 28 cüdoçu – 16 oğlan və 12 qız təmsil edəcək.

    Məşqçi heyəti yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, Nicat Şıxəlizadə və Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət heyətə isə baş məşqçi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və İmamverdi Məmmədov rəhbərlik edəcək.

    III MDB Oyunlarının cüdo yarışları 4-5 oktyabrda Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq. Yarışda Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistan ölkələrindən 91 idmançı (50 oğlan, 41 qız) iştirak edəcək.

    Azərbaycanın qız cüdoçuları:

    -40 kq: Sunay Salamova
    -44 kq: Gülşən Hüseynova, Xədicə Abdullayeva
    -48 kq: Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə
    -52 kq: Aysun Məmmədova
    -57 kq: Nəzakət Vəliyeva, Gülnaz Məmmədtağıyeva
    -63 kq: Ayan Əliyeva
    -70 kq: Fidan Cəlilli, Məsumə Məmmədli
    +70 kq: Zemfira Əliyeva

    Azərbaycanın oğlan cüdoçuları:

    -50 kq: Devid Mahmudov, Anar Quliyev
    -55 kq: İbrahim Talıbov, Məhəmmədəli Hüsiyev
    -60 kq: Zeyd Ələsgərov, Röyal Qayıbov
    -66 kq: Hüseyn Hüseynov, Fəxri Sahibzadə
    -73 kq: Sadiq Məmmədov, Yusif Nəzər
    -81 kq: Məhəmməd Ağakişiyev, Abdulla Rəhmətov
    -90 kq: Nurəddin Əliyev, Səid Hüseynov
    +90 kq: Tunar Fərzəliyev, Sübhan Axundov

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni