Azərbaycanlı qarışıq döyüş sənətləri (MMA) üzrə peşəkar döyüşçü Tofiq Musaev rəsmi olaraq UFC (Ultimate Fighting Championship – Absoulut Döyüşçü Çempionatı) ilə müqavilə imzalayıb.
Bu barədə Sport-Az portalına döyüşçünün özü məlumat verib.
Hələlik məlum deyil ki, 35 yaşlı döyüşçü 21 iyun tarixində keçiriləcək UFC Baku Fight Night turnirində debüt edəcək, amma Musaev dünən axşam Taylandı yola düşüb və UFC-də çıxışlara hazırlıq məqsədilə təlimlərə başlayıb.
Qeyd edək ki, UFC Fight Night 21 iyun tarixində Bakı Kristal Zalında keçiriləcək.