Azərbaycanlı döyüşçü Nazim Sadıqov, yüngül çəkidə UFC-də çıxış edən idmançı, onun Azərbaycan, Rusiya və İngiltərədə çoxsaylı azarkeşləri olduğunu bildirib.
Sport-Az xəbər verir ki, Sadıqov bu barədə xarici mediaya verdiyi müsahibədə danışıb.
“Mənim fikrimcə, UFC sadəcə döyüş idmanı deyil, həm də şou-biznesdir. Bundan şikayət etmirəm, çünki dünyanın müxtəlif yerlərində çoxlu azarkeşim var. Bəzən gecənin bir yarısı fanatlar mənə zəng edirlər. Məni sevirlər və mən də elə döyüşmək istəyirəm ki, azarkeşlər növbəti görüşümü səbirsizliklə gözləsinlər”, – deyə döyüşçü bildirib.
Qeyd edək ki, 15 fevralda Nazim Sadıqov UFC Fight Night 251 çərçivəsində braziliyalı İsmayıl Bonfim ilə rinqə çıxacaq.



