Azərbaycanın paraüzgüçüsü Raman Salei Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazandı. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən sport-az.com-ə verilən məlumata görə, S12 kateqoriyasında mübarizə aparan idmançı 50 metr sərbəst üsulla üzmə yarışında 24.27 saniyə nəticə göstərərək ikinci yeri tutub.
Qeyd edək ki, Raman Salei yarışın əvvəlki günlərində də fərqlənib. Birinci gündə 100 metr arxasıüstü üzmə üzrə 1:01.58 nəticə ilə qızıl medal əldə edən idmançı, ikinci gündə isə 100 metr “kəpənək” üsulu ilə 58.17 saniyə nəticə göstərərək bürünc medala layiq görülüb.
R. Saleinin bu uğurları Azərbaycan paraüzgücülük tarixində əlamətdar hadisələrdəndir və ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.