Beynəlxalq Taekvondo Federasiyası mart ayı üçün yenilənmiş dünya reytinqini elan edib.
Sport-Az xəbər verir ki, Azərbaycan millisinin üzvü, 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalçısı və Avropa çempionu Qaşım Məmmədov öz mövqeyini qoruyub saxlayıb.
İkinci pillə dəyişməz qaldı
58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız dünya reytinqində ikinci pillədə qərarlaşıb. Onun aktivində 124.32 xal var. Birinci yeri isə 200 xalla Cənubi Koreyanın güclü təmsilçisi Pak Txe Cun tutur.