Abşeron Olimpiya İdman Kompleksində keçirilən böyüklər arasında Bakı şəhər cüdo çempionatı sona çatıb. Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, turnirdə ümumilikdə 153 cüdoçu iştirak edib və yarışın əsas məqsədi ölkə çempionatında iştirak edəcək idmançıların kvotalar üzrə seçilməsidir.
Çempionatın son günündə aşağıdakı çəkilərdə mükafatçılar müəyyənləşib:
Kişilər
- 81 kq: 1. Asim Qulamzadə, 2. Səid Rzayev, 3. Emil Hüseynzadə, 3. Süleyman Əliyev
- 90 kq: 1. Murad Allahverdiyev, 2. İbrahim Ağakişiyev, 3. Naim Hüseynov, 3. Nurlan Nəcəfov
- 100 kq: 1. Natiq Bəşirov, 2. Canpolad Əliyev, 3. Fərid İsmayılov, 3. Abdulkərim Səfərov
- +100 kq: 1. Hüseyn Dadaşov, 2. Qurban Məmmədli, 3. Cavidan Məsimov
Qadınlar
- 48 kq: 1. Zeynəb Seyidzadə
- 52 kq: 1. Çinarə Sadıqova, 2. Könül Eyvazlı, 3. Leyla Əliyeva
- 57 kq: 1. Səmayə Yusifli
- 63 kq: 1. Elmira Mustafayeva, 2. Emilya Mirzəyeva, 3. Ayan Əliyeva
Ümumi komanda hesabında Neftçi İdman Klubu (2 qızıl, 3 gümüş, 2 bürünc) birinci yeri tutub. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (2 qızıl, 0 gümüş, 1 bürünc) ikinci, Ordu İdman Klubu isə (1 qızıl, 1 gümüş, 0 bürünc) üçüncü olub. Qalib olan komandalar müvafiq olaraq kuboklarla təltif edilib.



