Bakıda keçiriləcək Böyük Dəbilqə turniri üçün proqram müəyyən edilib. 14-16 fevral tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq beynəlxalq cüdo yarışı dünya cüdoçularını bir araya gətirəcək. Sport-Az xəbər verir ki, turnirin ilk günü aşağıdakı çəki dərəcələrində mükafatçılar bəlli olacaq:
- Kişilər: 60 kq, 66 kq
- Qadınlar: 48 kq, 52 kq, 57 kq
İkinci yarış günündə isə aşağıdakı çəki dərəcələrində cüdoçular qalib adını qazanmağa çalışacaq:
- Kişilər: 73 kq, 81 kq
- Qadınlar: 63 kq, 70 kq
Sonuncu yarış günündə isə ağır çəkili idmançılar tatami üzərinə çıxacaq:
- Kişilər: 90 kq, 100 kq, +100 kq
- Qadınlar: 78 kq, +78 kq
Final qarşılaşmaları hər gün saat 17:00-da başlayacaq. Səhər sessiyalarının dəqiq vaxtı isə püşkatmadan sonra elan ediləcək. Yarışda 37 ölkədən cüdoçular iştirak edəcək. Ev sahibi Azərbaycanı 33 idmançı təmsil edəcək.



