Azərbaycanın aparıcı şahmatçıları Baku Crystal Hallda keçirilən ənənəvi Baku Open turnirində ilk dövrədə qələbə qazanıblar.
Sport-az.com xəbər verir ki, festivalın əsas turnirinin ilk turunda yeddi azərbaycanlı şahmatçı zəfər qazanıb. Onlar arasında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Şahin Vəliyev, Ravan Əliyev, Murad İbrahimli, Xəzər Babazadə və Misrədin İskəndərov yer alır.
Turnir və mükafat fondu
Xatırladaq ki, Baku Open festivalının ümumi mükafat fondu 55 min dollar təşkil edir və turnirdə 16 ölkədən təxminən 700 şahmatçı iştirak edir.