“Benfika” “Qarabağ” qarşılaşması öncəsi 6 oyunçusunu itirdi

Portuqaliyanın “Benfika” komandası Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyuna ciddi itkilərlə hazırlaşır.

Sport-az.com “O Jogo” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi qarşıdakı matçda altı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Heyətdən kənarda qalan oyunçular bunlardır:

  • müdafiəçi Aleksander Bax
  • yarımmüdafiəçilər Manu Silva və Nuno Feliş
  • vinger Bruma
  • Dodi Lukebakio
  • Amar Dediç

Məlumata görə, Lukebakio və Dediç görüşdən öncəki son məşqi də buraxıblar.

“Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın 16-da “Estadio da Luz” arenasında baş tutacaq və oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni