More

    Beynəlxalq Olimpiya Komitəsi kibersport Olimpiya oyunlarının keçirilməsindən imtina edib

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026 və ya 2027-ci illərdə planlaşdırılan Kibersport Olimpiadasının təşkilindən imtina edib. BOK-un rəsmi saytına istinadən yayıb.

    BOK bildirib ki, əvvəlki tərəfdaşlıq etdiyi The Esports World Cup Foundation fondu ilə əməkdaşlığa son qoyulub və tərəflər artıq öz layihələrinə fokuslanacaqlar. Komitə isə kibersportun inkişafını daha müstəqil və öz təşəbbüsü ilə davam etdirməyi planlaşdırır.

    Eyni zamanda, Səudiyyə Ərəbistanının dəstəklədiyi fond illik Kibersport üzrə Dünya Kubokunu keçirməyə davam edəcək. Həmçinin, 2026-cı ildə milli komandalar üçün 70 milyon dollarlıq mükafat fondu ilə Esports Nations Cup təşkil olunacaq. Layihənin detalları hələlik açıqlanmayıb.

    BOK-un bu qərarı kibersportun Olimpiya hərəkatı içindəki mövqeyi və gələcək planları baxımından əhəmiyyətli sayılır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni