Boks əfsanəsi 26 ildən sonra qələbə qazandı və Usikə meydan oxudu

1990-cı illərin boks ulduzu Ayke İbeabuçi (21-0, 16 KO) 52 yaşında möhtəşəm şəkildə rinqə qayıdıb. Nigeriyalı boksçu doğma şəhəri Laqosda həmvətəni İdris Afinnini (18-9-2, 15 KO) məğlub edib. 40 yaşlı Afinni 3 raund dözdükdən sonra döyüşdən imtina edib.

Qələbədən dərhal sonra İbeabuçi Ukraynanın dünya çempionu Aleksandr Usikə meydan oxuyub. Bir həftə öncə də o, Usikin titullarını almağı planlaşdırdığını açıqlamışdı.

Əslində İbeabuçinin rəqibi britaniyalı Danni Uilyams (55-33, 42 KO) olmalı idi. Uilyams 2004-cü ildə Mayk Taysonu nokauta salmaqla tanınır, lakin növbəti görüşdə Vitali Kliçkoya uduzmuşdu.

Ayke İbeabuçi 1999-cu ildə karyerasının zirvəsində ikən cinsi zorakılıq ittihamı ilə 16 il həbs cəzası almışdı. 2016-cı ildə geri dönüş planlarını açıqlasa da, Arizonada şərti azadlıq qaydalarını pozduğu üçün yenidən həbs olunmuşdu.

Karyerası ərzində İbeabuçi məşhur rəqiblər – Devid Tua (hakimlərin yekdil qərarı ilə) və Kris Berdi (TKO 5) məğlub etmişdi.

Boks əfsanəsi 26 ildən sonra qələbə qazandı və Usikə meydan oxudu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni