Çempionlar Liqası: “Yuventus” qalib gəldi, “Borussiya” darmadağın etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” klubu Niderland təmsilçisi PSV-ni qəbul edib. Turindəki “Allianz” stadionunda keçirilən qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçın 34-cü dəqiqəsində “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkkeni hesabı açıb. 56-cı dəqiqədə İvan Perişiç qonaqların bərabərlik qolunu vurub. Lakin 82-ci dəqiqədə Samüel Mbangula “Yuventus”a qələbə gətirən qolu vuraraq komandasını növbəti mərhələyə bir addım daha yaxınlaşdırıb.

Qeyd edək ki, turnirin ümumi mərhələsini “Yuventus” 12 xalla 20-ci, PSV isə 14 xalla 14-cü yerdə tamamlamışdı. Digər matçda isə Dortmundun “Borussiya” klubu səfərdə Portuqaliyanın “Sportinq” komandasını 0:3 hesabı ilə darmadağın edib.

Pley-off mərhələsinin nəticələri:

  • “Brest” (Fransa) – PSG (Fransa) – 0:3
  • “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 0:3
  • “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:3
  • “Yuventus” (İtaliya) – PSV (Niderland) – 2:1

UEFA Çempionlar Liqasının pley-off mərhələsində qalan dörd oyun 13 fevral gecəsi baş tutacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni