UEFA Çempionlar Liqasında 4-cü turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sport-az.com xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu ada namizəd göstərilən futbolçular aşağıdakılardır:
- Viktor Qyökereş (“Sportinq”)
- Luis Diaz (“Liverpul”)
- Kərim Konate (“Zalsburq”)
- Nikolas Kühn (“Seltik”)
Qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.