UEFA və Avropa Super Liqasının rəsmiləri 2027-ci ildən etibarən Çempionlar Liqasının formatında əhəmiyyətli dəyişikliklər həyata keçirməyi planlaşdırır. İspaniyanın “COPE” nəşrinə istinadən xəbərinə əsasən, yeni modeldə 36 komanda iştirak edəcək və onlar iki qrupa bölünəcək.
Hər klub qrupu daxilində səkkiz matç keçirəcək – dördü öz meydanında, dördü isə səfərdə. Qruplar, UEFA reytinqində ən yüksək göstəricilərə malik 18 klub və digərləri olmaqla iki yerə ayrılacaq. Birinci qrupun ən yaxşı səkkiz komandası birbaşa 1/8 final mərhələsinə yüksələcək, qalanlar isə əlavə mərhələlərdə mübarizəyə davam edəcək.
Eyni zamanda UEFA ənənəvi televiziyadan yayıma son qoyaraq, “Netflix” kimi fəaliyyət göstərəcək öz striming platformasını istifadəyə verməyi planlaşdırır. Bu addım azarkeşlərə daha geniş və rahat izləmə imkanı yaradacaq, klublar üçün isə əlavə gəlir mənbəyi olacaq.
Hazırda bu təşəbbüs müzakirə mərhələsindədir və yekun qərarın yaxın aylarda veriləcəyi gözlənilir.



