More

    Ceyk Pol WBA sıralamasına daxil oldu – dünya çempionluğu yolunda ilk addım

    Amerikalı videobloqer və boksçu Ceyk Pol, nəhayət ki, arzuladığı nəticəyə çatdı – o, WBA (Dünya Boks Assosiasiyası) tərəfindən kruzerveyt (yarı-ağır çəki) kateqoriyasında ilk 15-likdə yer aldı və indi rəsmi olaraq dünya çempionluğuna iddia edə bilər.

    Eks-çempion üzərində qələbə Pola reytinq gətirdi

    28 yaşlı Ceyk Pol bu uğura son dövrlərdə ciddi şəkildə çalışırdı və məqsədini gizlətmirdi. Ötən həftəsonu o, Meksikalı sabiq dünya çempionu Xulio Sezar Çaves Cuniordan üstün gəldi. Döyüş hakimlərin yekdil qərarı ilə Polun qələbəsi ilə başa çatdı.

    Qeyd edək ki, bu qələbə yalnız Pol üçün prestij baxımından deyil, həm də karyerasında dönüş nöqtəsi oldu – məhz bu nəticə ona ilk dəfə WBA reytinqinə daxil olmaq imkanı yaratdı.

    Çempionluq şansı realdır

    Ceyk Polun WBA-nın top-15-lik siyahısına daxil olması onu rəsmi çempionluq namizədi edir. Hazırda bu təşkilat üzrə kruzerveyt kateqoriyasının dünya çempionu Meksikalı Xilberto Ramirezdir. Gözlənilir ki, Pol yaxın aylarda çempionluq döyüşü üçün rinqə çıxa bilər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni