More

    Chess Tour Azerbaijan: Şahmat marafonu bütün ölkəni əhatə edəcək

    Azərbaycan Şahmat Federasiyası ilk dəfə olaraq Chess Tour Azerbaijan layihəsinin təqdimat videosunu ictimaiyyətə təqdim edib. Videoda yarışların keçiriləcəyi şəhərlərdən kadrlar yer alıb və ölkənin şahmat ənənəsi vizual şəkildə əks olunub.

    Layihə çərçivəsində 2025-ci ildə ölkənin müxtəlif bölgələrində 8 beynəlxalq səviyyəli şahmat turniri təşkil olunacaq. Bu tur həm yerli şahmatçılar, həm də beynəlxalq qrossmeysterlər üçün geniş imkanlar yaradacaq.

    Yarış cədvəli:

    • Baku Open – 28 aprel
    • Sheki Open – 18–25 iyun
    • Shamakhi Open – 26 iyun–3 iyul
    • Lenkaran Open – 6–13 iyul
    • Guba Open – 15–22 iyul
    • Ganja Open – 11–18 noyabr
    • Shirvan Open – 19–26 noyabr
    • Vüqar Həşimov Open – tarix daha sonra açıqlanacaq

    Turun ilk dayanacağı Bakı olacaq və burada beynəlxalq səviyyəli Baku Open turniri ilə şahmat marafonuna start veriləcək. Ardınca Şəki, Şamaxı, Lənkəran, Quba, Gəncə və Şirvan şəhərləri turnirlərə ev sahibliyi edəcək.

    Federasiya bildirir ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, müxtəlif ölkələrdən gələn idmançılar, o cümlədən yüksək reytinqli beynəlxalq qrossmeysterlər də iştirak edəcək.

    Bu layihə həm regionlarda şahmata marağı artırmaq, həm də Azərbaycanın şahmat ölkəsi kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni