Çimərlik güləşi üzrə Azərbaycan çempionatı baş tutacaq

İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Sport-az.com xəbər verir ki, yarış iki gün davam edəcək və müxtəlif yaş kateqoriyalarını əhatə edəcək.

Yarış proqramı:

  • İyulun 16-sı – 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək.
  • İyulun 17-si – böyük yaş qrupunda iştirak edən idmançılar qum üzərində güclərini sınayacaqlar.

Çempionat Çimərlik Arenasında keçiriləcək. Yarışlara saat 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medal uğrunda görüşlər baş tutacaq.

Təşkilatçılar bildirirlər ki, bu turnirin keçirilməsində əsas məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini müəyyənləşdirmək və qarşıdan gələn beynəlxalq yarışlara, xüsusilə də 2026-cı ildə Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına erkən hazırlıqlara başlamaqdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni