Çinin paytaxtı Pekində keçirilən ATP 500 turnirində 1/4 final mərhələsi başa çatıb və yarımfinalçılar müəyyənləşib. Günün ən maraqlı qarşılaşması Novak Cokoviçlə Aleksandr Zverev arasında baş tutub. Təcrübəli serbiyalı ilk seti uduzmasına baxmayaraq, möhtəşəm geridönüş edərək qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.
Cokoviç yeni rekorda imza atdı
39 yaşlı Novak Cokoviç ATP reytinqində ikinci pillədə qərarlaşan Aleksandr Zverevi 4:6, 6:4, 6:4 hesabı ilə məğlub edib. Bununla serbiyalı tennisçi Açıq Erada eyni turnirdə ardıcıl 32-ci qələbəsini qazanaraq tarixi göstəriciyə imza atıb. O, həmçinin peşəkar karyerasında 202-ci dəfə ATP turnirində yarımfinala yüksəlib.
Final uğrunda Cokoviç Daniil Medvedevlə qarşılaşacaq. Medvedev 1/4 finalda Fransisko Serundolonu iki setdə üstələyərək yarımfinala vəsiqə qazanıb.
Digər yarımfinal görüşündə isə Aleks de Minaur Hubert Hurkaçla münasibətlərinə aydınlıq gətirəcək. Avstraliyalı tennisçi Andrey Rublyovu üç setdə məğlub edib, polşalı Hurkaç isə Karen Xaçanovu mübarizədən kənarlaşdırıb.
ATP 500 Pekin
1/4 final
Yuxarı hissə:
Aleksandr Zverev [1] – Novak Cokoviç [6] – 6:4, 4:6, 4:6
Daniil Medvedev [3] – Fransisko Serundolo – 7:6 (7:4), 6:3
Aşağı hissə:
Aleks de Minaur [5] – Andrey Rublyov – 1:6, 6:2, 6:3
Hubert Hurkaç – Karen Xaçanov – 7:6 (7:2), 6:2
ATP 500 Pekin
Yarımfinal
- Novak Cokoviç [6] – Daniil Medvedev [3]
- Aleks de Minaur [5] – Hubert Hurkaç






