Cüdo üzrə beynəlxalq yarışlar bir aylıq fasiləyə çıxıb. Sport-az.com xəbər verir ki, ötən həftə Tbilisidə başa çatan “Böyük Dəbilqə” turnirindən sonra növbəti reytinq xarakterli yarışlar yalnız may ayında keçiriləcək.
Bu fasilə əsasən aprel ayında cədvəldə yer alan qitə çempionatlarına görədir. Hazırda komandalar bu yarışlara aktiv şəkildə hazırlaşır. Xüsusilə Azərbaycan yığması 23–26 aprel tarixlərində Monteneqronun Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq prosesini davam etdirir.
May ayının əvvəlində isə Dünya Turu yenidən start götürəcək. Növbəti mərhələ 2–4 may tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək “Böyük Dəbilqə” turniri olacaq.