Daha üç boksçumuz Dünya Kubokunun yarımfinalındadır

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurlu çıxışını davam etdirir. Yarışın 1/4 final mərhələsində daha iki idmançımız qələbə qazanaraq yarımfinala yüksəlib.

Qələbə qazanan boksçular:

  • Məhəmmədəli Qasımzadə (60 kq) Dominikan Respublikasından olan Yohan Aquera ilə qarşılaşıb və bütün hakimlərin yekdil qərarı ilə (5:0 — 30:27, 30:27, 30:27, 30:27, 30:27) qalib gəlib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə üz-üzə gələcək.
  • Məhəmməd Abdullayev (+90 kq) isə Cənubi Koreya təmsilçisi Taeunq Yu üzərində 5:0 hesablı (29:26, 29:26, 29:26, 29:25, 29:26) qələbə qazanıb. Növbəti rəqibi qazaxıstanlı Albek Oralbay olacaq.

Sübhan Məmmədov (50 kq) artıq 1/2 finala adlayıb. O, qazaxıstanlı Sanjar Taşkenbay ilə qarşılaşacaq Yarımfinal döyüşləri iyulun 5-də baş tutacaq. Qeyd edək ki, bu mərhələyə yüksəlməklə idmançılar ən azı bürünc medalı təmin ediblər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni