More

    DÇ: Sərbəst güləşçilərimiz mübarizəyə başlayır

    Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bu gün sərbəst güləşçilər yarışa başlayacaq.

    Sport-az.com xəbər verir ki, Azərbaycan millisi beş çəki dərəcəsində təmsil olunacaq.

    • 61 kq: İlk mərhələdə Ruslan Abdullayev ev sahibi Endrio Avdili (Albaniya) ilə qarşılaşacaq.
    • 74 kq: Cəbrayıl Qacıyev təsnifat mərhələsində almaniyalı David Volfla güləşəcək.
    • 86 kq: Arseni Coyev ilk olaraq David Morodion (Almaniya) ilə üz-üzə gələcək.
    • 92 kq: Abdulcəlil Şabanov 1/8 finalda Yunanıstanlı Qkivi Bliatze və latviyalı Aleksanders Pirozniks duelinin qalibi ilə mübarizə aparacaq.
    • 125 kq: Aydın Əhmədov isə Çin təmsilçisi Jinhai Vanqla qarşılaşacaq.

    Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) və Xasay Həsənli (77 kq) bürünc medal qazanıblar.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni