“Mançester Siti”nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma FIFA tərəfindən 2025-ci ilin ən yaxşı qapıçısı seçilib. Mükafat mövsüm boyu göstərdiyi stabil və yüksək səviyyəli oyun üçün təqdim olunub.
Donnarummaya qalib gətərən faktorlar
Donnarumma klub və milli komanda səviyyəsində həlledici anlarda etdiyi qurtarışlarla diqqət çəkib. FIFA ekspertləri onun böyük turnirlərdə və vacib matçlarda komandasına verdiyi töhfəni yüksək qiymətləndirib. Səsvermədə milli komanda kapitanları, baş məşqçilər, media və azarkeşlər iştirak edib.
Müvafiq dövrdə (avqust 2024 – avqust 2025) PSG ilə Liqa 1, Fransa Kuboku, Superkubok və Çempionlar Liqası qazanan Donnarumma Çempionlar Liqası finalında Inter qarşı “quruq” oynayıb. “Mançester Siti”yə keçdikdən sonra da Premier Liqa və Çempionlar Liqasında lider mövqelərdə iştirak edib.
Donnarumma son illərdə dünyanın ən güclü qapıçılarından biri kimi qəbul olunur. Bu mükafat onun karyerasında 2025 Ballon d’Or-da Yaşin Trophy ilə yanaşı ikinci böyük fərdi uğurdur.



