Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku öncəsi Azərbaycan millisinin heyəti rəsmən müəyyənləşib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlamasında turnirdə iştirak edəcək idmançıların adlarını təsdiqləyib.
Tamblinq millimizin heyəti təsdiqləndi
Federasiyanın məlumatına görə, baş məşqçi Adil Hüseynzadənin rəhbərliyi altında yarışa qatılacaq komanda son illərin ən güclü heyətlərindən biri hesab olunur. Son iki dünya çempionatının (2023 və 2025) komanda qalibi olan idmançılar yenidən dünya səhnəsində ölkəmizi təmsil edəcəklər.
Tamblinq üzrə milli komandanın heyətinə daxil edilən idmançılar:
- Mixail Malkin – 1996-cı il təvəllüdlü, çoxqat dünya çempionu
- Tofiq Əliyev – 2004-cü il təvəllüdlü
- Adil Hacızadə – 2005-ci il təvəllüdlü
- Bilal Qurbanov – 2006-cı il təvəllüdlü
Federasiyadan bildirilib ki, idmançıların hər biri son aylarda ciddi hazırlıq prosesi keçib və komandanın qarşısına qoyulan əsas məqsəd Dünya Kubokunda final mərhələlərinə yüksəlmək və medal uğrunda mübarizə aparmaqdır.
Qeyd edək ki, batut və tamblinq üzrə Dünya Kuboku 21–22 fevral tarixlərində Milli Gimnastika Arenası nda keçiriləcək. Turnirin Bakıda təşkil olunması həm ölkənin gimnastika ənənələrinin güclənməsinə, həm də gənc idmançıların beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verir.



