Şakur Stivenson “The Ring” P4P reytinqində ilk üçlüyə yüksəldi

“The Ring” jurnalının yenilənmiş “Pound-for-Pound” (çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçular) siyahısında ciddi dəyişiklik baş verib. Teofimo Lopes üzərində qələbədən sonra amerikalı Şakur Stivenson reytinqdə böyük sıçrayış edərək ilk dəfə olaraq ilk “TOP-3”də yer alıb.

Stivensonun yüksəlişi və reytinqdə dəyişikliklər

WBO və “The Ring” versiyaları üzrə ilk yarımorta çəki çempionu olan Şakur Stivenson (25-0, 11 KO) bu qələbədən əvvəl P4P siyahısında 7-ci pillədə idi.

Lakin Lopes (22-2, 13 KO) üzərində inamlı çıxış onun mövqeyini xeyli möhkəmləndirib və boks ekspertlərinin yüksək qiymətləndirməsinə səbəb olub.

“The Ring”in hesabatına əsasən, reytinqin lideri yenə də dəyişməyib. Ukraynalı ağır çəki çempionu Aleksandr Usik (24-0, 15 KO) ardıcıl olaraq birinci pillədə yer alaraq öz hegemonluğunu qoruyub.

Yenilənmiş P4P reytinqi aşağıdakı kimidir:

  1. Aleksandr Usik
  2. Naoya İnoue
  3. Şakur Stivenson
  4. Cessi Rodrigez
  5. Dmitri Bivol
  6. Artur Beterbiyev
  7. Dzünto Nakatanı
  8. David Benavides
  9. Devon Heyni
  10. Oscar Kollasso

Ekspertlərin fikrincə, Stivensonun P4P-də irəliləməsi onun karyerasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

ABŞ mediası da bildirib ki, yenilməz rekordunu qoruyan gənc çempion yaxın aylarda reytinq liderləri üçün real təhdidə çevrilə bilər.

Digər tərəfdən, P4P anlayışının nəyi ifadə etdiyini daha detallı şəkildə öyrənmək istəyən oxucular bu barədə geniş izahı bu materialdan əldə edə bilərlər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni