More

    Dünyanın ən çox qazanan boksçuları: Usik ilk üçlükdə, Fyuiri zirvədə

    Forbes tərəfindən açıqlanan illik gəlir reytinqində Tayson Fyuiri dünyanın ən yüksək ödənişli boksçusu seçilib. Britaniyalı keçmiş superağır çəki dünya çempionu son 12 ayda 146 milyon dollar qazanc əldə edib.

    Fyuiri yalnız Ronaldo və Karriyə uduzdu

    Fyuiri yalnız ümumi reytinqdə Kriştianu Ronaldu (275 milyon dollar) və Stefen Karriyə (156 milyon dollar) məğlub olaraq, dünya üzrə üçüncü, boksçular arasında isə birinci yerdə qərarlaşıb.

    Usik möhtəşəm qazancı ilə ikinci sırada

    Boksçular arasında ikinci yerdə isə superağır çəki üzrə birləşdirilmiş dünya çempionu Aleksandr Usik qərarlaşıb. Ukraynalı boksçu ilin yekunlarına görə 101 milyon dollar qazanc əldə edib və bu nəticə ilə ümumi siyahıda 11-ci pillədə yer alıb.

    “Kanelo” ilk üçlüyü tamamlayır

    Üçüncü sırada isə ikinci orta çəki üzrə mütləq dünya çempionu Saul “Kanelo” Alvares yer alıb. Meksikalı boksçu 80 milyon dollar qazanaraq, ümumi reytinqdə 22-ci yerin sahibi olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni