EJU: “Növbəti dayanacaq Azərbaycandır” – Bakı mühüm cüdo tədbirinə ev sahibliyi edəcək

Bakıda cüdo üzrə Avropa ümidləri turniri və Kodokan ekspertlərinin texniki sessiyası təşkil olunacaq. Sport-az.com xəbər verir ki, Avropa Cüdo İttifaqı (EJU) bu haqda məlumat yayaraq ötən həftəsonu Türkiyənin Kocaeli şəhərində keçirilən oxşar tədbirin uğurundan bəhs edib və Bakıda baş tutacaq toplantı ilə bağlı ümidlərini ifadə edib.

EJU-nun paylaşdığı məlumatda bildirilir:

  • Kocaelidə 450-dən çox uşaq Avropa ümidləri turniri və Kodokan ekspertləri – Misato Nakamura və Telma Monteyro ilə keçirilən texniki məşqlərdə iştirak edib.
  • Bu tədbir EJU tərəfindən “böyük uğur” kimi qiymətləndirilib və qeyd olunub ki, bu tip layihələrin əsası artıq qoyulub.
  • EJU bildirir: “Proqram hələ başlanğıc mərhələsində olsa da, maraq və təşkilatçılıq federasiyaların və klubların yeni nəsli cüdoya hazırlamaq səylərinin göstəricisidir. Gənc cüdoçular Avropanın hər yerindən həmyaşıdları ilə tanış olmaqla yanaşı, dünya səviyyəli məşqçilərdən öyrənir və illərin təcrübəsinə malik elit idmançılarla görüşürlər.
    Növbəti dayanacaq Azərbaycandır. 2026-cı il dünya çempionatının ev sahibi olacaq bu ölkə artıq gənc nəslin inkişafına diqqət ayırır və keçirəcəyi Avropa ümidləri turniri və Kodokan ekspertlərinin texniki sessiyası üçün bütün qonşularını, eləcə də Avropadakı dostlarını Bakıya dəvət edir.”

Tədbirin vaxtı və yeri:

  • Tarix: 26–27 iyul
  • Məkan: Abşeron Olimpiya İdman Kompleksi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni