Əminə Tağı erməni rəqibini məğlub edərək Avropa çempionu oldu

Azərbaycan boksçusu Əminə Tağı yeniyetmələr arasında keçirilən Avropa birinciliyində çempionluq titulu qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən idmançımız Serbiyanın Novi Pazar şəhərində baş tutan turnirin finalında Ermənistan təmsilçisi Amest Afrikyanla qarşılaşıb. Gərgin keçən görüşdə Əminə Tağı 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb. Qələbədən sonra Azərbaycan himni səsləndirilib.

Qızlardan ibarət yığmamızın nəticələri:

  • 🥇 Əminə Tağı (50 kq) – Qızıl medal
  • 🥈 Cəmilə Muradlı (52 kq) – Gümüş medal
  • 🥈 Fidan Bəkərova (63 kq) – Gümüş medal
  • 🥈 Səma Abbasova (66 kq) – Gümüş medal
  • 🥉 Aylin Nəzərova (46 kq) – Bürünc medal
  • 🥉 Gülər Hüseynova (48 kq) – Bürünc medal
  • 🥉 Zəhra Məmmədova (54 kq) – Bürünc medal

Beləliklə, qızlar komandamız Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

Oğlanlar arasında son nəticələr:

Turnirin altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gələrək finala yüksəlib. O, həlledici döyüşdə rusiyalı Boqdan Smolkin ilə qarşılaşacaq.

Daha öncə bürünc medal qazanan oğlan boksçularımız:

  • Qardaş Rəhimov (46 kq)
  • Məhəmməd Rəsulov (50 kq)
  • Raul Heydərli (54 kq)
  • Şahin Aslanov (60 kq)
  • Haqverdi Həsənov (63 kq)

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni