UEFA Çempionlar Liqasının ilk turunda “Mançester Siti” doğma meydanda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib. Oyunun qəhrəmanlarından biri isə norveçli ulduz forvard Erlinq Haaland olub.
Norveçli hücumçu bu görüşdə daha bir dəfə fərqlənərək Çempionlar Liqasında 50-ci qolunu vurdu. Bu göstərici ilə Haaland əfsanəvi fransalı hücumçu Tyerri Anrini yaxaladı və turnirin tarixi bombardirlər siyahısında 9-cu pillədə qərarlaşıb.
ÇL tarixinin ən yaxşı bombardirləri
- 140 qol – Kriştianu Ronaldu (Portuqaliya)
- 129 qol – Lionel Messi (Argentina)
- 105 qol – Robert Levandovski (Polşa)
- 90 qol – Karim Benzema (Fransa)
- 71 qol – Raul (İspaniya)
- 57 qol – Tomas Myüller (Almaniya)
- 57 qol – Kilian Mbappe (Fransa)
- 56 qol – Rud van Nistelroy (Niderland)
- 50 qol – Tyerri Anri (Fransa)
- 50 qol – Erlinq Haaland (Norveç)
Beləliklə, Haaland artıq çox gənc yaşında Çempionlar Liqasının ən məhsuldar oyunçuları sırasına daxil olub və gələcəkdə ilk “beşlik”də yer almaq potensialına sahibdir.



