Erlinq Haaland ÇL-də Tyerri Anrini yaxaladı

UEFA Çempionlar Liqasının ilk turunda “Mançester Siti” doğma meydanda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib. Oyunun qəhrəmanlarından biri isə norveçli ulduz forvard Erlinq Haaland olub.

Norveçli hücumçu bu görüşdə daha bir dəfə fərqlənərək Çempionlar Liqasında 50-ci qolunu vurdu. Bu göstərici ilə Haaland əfsanəvi fransalı hücumçu Tyerri Anrini yaxaladı və turnirin tarixi bombardirlər siyahısında 9-cu pillədə qərarlaşıb.

ÇL tarixinin ən yaxşı bombardirləri

  • 140 qol – Kriştianu Ronaldu (Portuqaliya)
  • 129 qol – Lionel Messi (Argentina)
  • 105 qol – Robert Levandovski (Polşa)
  • 90 qol – Karim Benzema (Fransa)
  • 71 qol – Raul (İspaniya)
  • 57 qol – Tomas Myüller (Almaniya)
  • 57 qol – Kilian Mbappe (Fransa)
  • 56 qol – Rud van Nistelroy (Niderland)
  • 50 qol – Tyerri Anri (Fransa)
  • 50 qol – Erlinq Haaland (Norveç)

Beləliklə, Haaland artıq çox gənc yaşında Çempionlar Liqasının ən məhsuldar oyunçuları sırasına daxil olub və gələcəkdə ilk “beşlik”də yer almaq potensialına sahibdir.

Erlinq Haaland ÇL-də Tyerri Anrini yaxaladı

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni