Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveç milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sport-az.com-ın verdiyi məlumata görə, baş məşqçi Yurgen Henn, C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç yığmasına qarşı keçiriləcək oyunlara 26 futbolçu çağırıb. Onlardan 16-sı legioner futbolçulardır. Ən çox futbolçu yerli “Levadia” klubundan milliyə dəvət edilib (5 nəfər).
Estoniya millisinin heyəti:
Qapıçılar:
- Karl Yakob Hein (“Real Valyadolid”, İspaniya)
- Matvey İqonen (“Botev”, Bolqarıstan)
- Karl Andre Vallner (“Levadiya”)
Müdafiəçilər:
- Karol Mets (“Sankt Paulu”, Almaniya)
- Artur Pikk (“Odra”, Polşa)
- Yoonas Tamm (“Botev”, Bolqarıstan)
- Marten Kuusk (“GKS Katovitse”, Polşa)
- Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə)
- Mixail Lilander (“Payde”)
- Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”)
Yarımmüdafiəçilər:
- Mattias Kayt (“Rapid”, Rumıniya)
- Martin Miller (“Bohemians”, İrlandiya)
- Vlasi Sinyavski (“Slovaçko”, Çexiya)
- Markus Poom (“Şemrok Rovers”, İrlandiya)
- Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”)
- Rokko Robert Şeyn (“Dordrext”, Niderland)
- Martin Vetkal (“Brommapoykarna”, İsveç)
- Kevor Palumets (HJK, Finlandiya)
- Patrik Kristal (“Payde”)
Hücumçular:
- Sergey Zenyov (“Flora”)
- Henri Anier (“Li Man”, Honkonq)
- Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam)
- Aleks Mattias Tamm (“Nomme Kalyu”)
- Robi Saarma (“Payde”)
Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu oktyabrın 11-də Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda baş tutacaq.