Estoniya millisi ilə oyuna 26 futbolçu çağırıldı – 16-sı legionerdir

Estoniya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveç milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sport-az.com-ın verdiyi məlumata görə, baş məşqçi Yurgen Henn, C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç yığmasına qarşı keçiriləcək oyunlara 26 futbolçu çağırıb. Onlardan 16-sı legioner futbolçulardır. Ən çox futbolçu yerli “Levadia” klubundan milliyə dəvət edilib (5 nəfər).

Estoniya millisinin heyəti:

Qapıçılar:

  • Karl Yakob Hein (“Real Valyadolid”, İspaniya)
  • Matvey İqonen (“Botev”, Bolqarıstan)
  • Karl Andre Vallner (“Levadiya”)

Müdafiəçilər:

  • Karol Mets (“Sankt Paulu”, Almaniya)
  • Artur Pikk (“Odra”, Polşa)
  • Yoonas Tamm (“Botev”, Bolqarıstan)
  • Marten Kuusk (“GKS Katovitse”, Polşa)
  • Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə)
  • Mixail Lilander (“Payde”)
  • Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”)

Yarımmüdafiəçilər:

  • Mattias Kayt (“Rapid”, Rumıniya)
  • Martin Miller (“Bohemians”, İrlandiya)
  • Vlasi Sinyavski (“Slovaçko”, Çexiya)
  • Markus Poom (“Şemrok Rovers”, İrlandiya)
  • Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”)
  • Rokko Robert Şeyn (“Dordrext”, Niderland)
  • Martin Vetkal (“Brommapoykarna”, İsveç)
  • Kevor Palumets (HJK, Finlandiya)
  • Patrik Kristal (“Payde”)

Hücumçular:

  • Sergey Zenyov (“Flora”)
  • Henri Anier (“Li Man”, Honkonq)
  • Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam)
  • Aleks Mattias Tamm (“Nomme Kalyu”)
  • Robi Saarma (“Payde”)

Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu oktyabrın 11-də Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda baş tutacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni