“Sabah”ın mərkəz müdafiəçisi Eyden Makkarti UEFA Çempionlar Liqasında qol vuran səkkizinci Cənubi Afrika doğumlu futbolçu olub. Cənubi Afrika mətbuatına istinadla yayılan məlumata görə, 22 yaşlı oyunçu Dortmund “Borussiya”sı ilə matçda fərqlənib.
Makkarti bu görüşdə Çempionlar Liqasında üçüncü dəfə meydana çıxıb və “Sabah”ın heyətində ilk qolunu vurub. Komandası həmin oyunda 1:2 hesabı ilə məğlub olub. O, vaxtilə “Kayzer Çifs”də çıxış edib.
Tarixi siyahıda Azərbaycan futbolu ilə bağlı daha bir ad var: keçmiş “Qarabağ” legioneri Dino Ndlovu Çempionlar Liqasının təsnifat mərhələlərində dörd qol vurub.
Siyahıda qol sayı belədir: Benni Makkarti 8, Dino Ndlovu 4, Stiven Pienar və Kuinton Forçun 2, Bennet Mquni, Nasif Morris, Tulani Serero və Eyden Makkarti 1.





