More

    Fərhad Rəcəbli veteranlar arasında Avropa çempionu oldu

    Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Fərhad Rəcəbli möhtəşəm nəticəyə imza atıb.

    90 kq çəki dərəcəsində çıxış edən Rəcəbli, bütün rəqiblərini məğlub edərək növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Bu, onun karyerası ərzində 11-ci Avropa çempionluğudur.

    Finalda ipponla qələbə

    M-8 yaş kateqoriyasında mübarizə aparan təcrübəli idmançımız finalda Ukrayna təmsilçisi Aleksandr Ranqayevi ippon fəndi ilə məğlub edərək qızıl medal qazanıb.

    Qeyd edək ki, Fərhad Rəcəbli həm də 12 dəfə dünya çempionu olub və bu sahədə Azərbaycanın ən titullu veteran cüdoçularından biri sayılır. Riqada keçirilən Avropa çempionatında Azərbaycanı ümumilikdə 30 veteran cüdoçu təmsil edir. Yarışa isə 37 ölkədən 855 idmançı qatılıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni