More

    Fəridə Mirzəzadə Almaniyada keçirilən beynəlxalq turnirdə çempion oldu

    Almaniyanın Bad-Blankenburg şəhərində keçirilən Thuringia Kubokunda azərbaycanlı cüdoçu qızlar uğurla çıxış ediblər. Turnirdə Azərbaycanın gənc idmançısı Fəridə Mirzəzadə yüksək nəticə göstərərək ölkəmizi fəxrlə təmsil edib.

    48 kq çəki dərəcəsində çıxış edən Fəridə turnirin bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gərgin və rəqabətli qarşılaşmalar fonunda nümayiş etdirdiyi taktiki hazırlıq və texniki üstünlük ona çempionluq sevinci yaşadıb.

    Yarışda ümumilikdə müxtəlif ölkələrdən onlarla cüdoçu iştirak edib. Azərbaycanın qızlardan ibarət yığması ümumi medal sıralamasında 4-cü yerdə qərarlaşıb. Bu nəticə ölkənin gənclər cüdosunun inkişafını və beynəlxalq arenada rəqabətə davamlı olduğunu bir daha sübut edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni