FIFA 2026-cı il Dünya Çempionatı üçün VAR sisteminin səlahiyyətlərini genişləndirməyi planlaşdırır. Qurum rəsmiləri hakim qərarlarının maksimum dəqiqliyi üçün xüsusi icazə almaq üçün işləyirlər.
Yeni qaydalara görə, VAR artıq yanlış təyin olunan künc zərbələrinə də müdaxilə edə biləcək. FIFA-nın məqsədi Dünya Çempionatı kimi böyük turnirlərdə qərar səhvlərinin qarşısını almaqdır. Bundan əlavə, simulyasiya ilə mübarizə üçün yeni qayda test olunur: Qətərin Ərəb Kubokunda sınaqdan keçirilən bu qayda zədə səbəbi ilə yardım alan futbolçunun rəqib kart görməsə, 2 dəqiqə meydanı tərk etməsini nəzərdə tutur.
FIFA rəfsərlər komitəsinin rəhbəri Pierluigi Collina qeyd edib ki, Dünya Çempionatı finalında səhv künc zərbəsi qərarın inteqral bütünlüyünü pozur. Bu yeniliklər 2026 Dünya Çempionatı üçün xüsusi tətbiq oluna bilər və yanvar ayındakı IFAB iclasında müzakirə olunacaq.



