More

    Fransalı məşhur futbolçunun yeni komandası məlum oldu

    Məşhur fransalı müdafiə oyunçusu Kurt Zuma peşəkar karyerasına Rumıniyada davam edəcək.

    sport-az.com-ın məlumatına görə, “ÇFR Kluj” 30 yaşlı idmançı ilə rəsmi müqavilə bağladığını açıqlayıb.

    Mərkəz müdafiəçisi “dəmiryolçular”ın heyətinə sərbəst agent statusunda qatılıb. Kurt Zuma “Vest Hem”dən pulsuz ayrılıb. O, “Vest Hem”ə 2021-ci ilin yay transfer pəncərəsində “Çelsi”dən 35 milyon avroya keçmişdi. Ümumilikdə fransalı futbolçu İngiltərə Premyer Liqasında 247 qarşılaşmada iştirak edib.

    “ÇFR Kluj” Rumıniya çempionatının ötən mövsümünü ikinci pillədə tamamlayıb. Komanda bu mövsüm Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyib. “Dəmiryolçular” pley-off mərhələsində İsveçin “Hakken” komandasına ümumi hesabda 3:7 məğlub olub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni