Futbol avadanlıqları üzrə heç vaxt adını eşitmədiyiniz 5 aparıcı istehsalçısı

Futbol forması – təkcə geyim və mühüm marketinq elementi deyil, həm də böyük komandaların tarixinin bir hissəsidir. Qlobal mərc şirkəti 1xBet Azərbaycan oyunda №1 iz qoymuş beş qeyri-ənənəvi avadanlıq istehsalçısından danışır.

Admiral

1970-ci illərdə Admiral futbol forması dizaynında inqilab etdi. O dövr üçün tipik olan təkrəngli köynəklər əvəzinə brend zolaqlı və əlavə detallı parlaq dəstlər istehsal etməyə başladı. Həmçinin, formanı klubun loqosu ilə bəzəməyi ilk dəfə Admiral düşündü. İngilis brendinin formalarında İngiltərə və Belçika yığmaları, Mançester Yunayted, Tottenhem, Vest Hem, Lids və hətta Frants Bekkenbauerin dövründə Nyu-York Kosmos meydana çıxırdı.

Levi’s

Yox, bu düşündüyünüz kimi deyil – idman aləminin gözlənilməz qonağı futbol loqotipləri ilə cins şalvar buraxmamışdı. Lakin bir vaxtlar Levi’s 1978-ci ildə Argentinada keçirilən dünya çempionatına Meksika yığması üçün forma hazırlamışdı. Həmin mundialda El Tricolor üç oyunun hamısında məğlub oldu və ümumi hesabla 2:12 nəticə göstərdi. Moda nəhəngi isə bunun böyük futbol yolunun başlanğıcı deyil, istisna hal olacağına qərar verdi.

Emporio Armani

Daha da qeyri-adi futbol və moda əməkdaşlığı nümunəsi. 2021-ci ilin yayında Napoli Armani-nin idman brendi EA7 ilə müqavilə imzaladı. Bundan əvvəl moda evi yalnız İtaliya yığması və 1996-cı ildə İngiltərə Kubokunun finalında Liverpul üçün klassik kostyumlar tikmişdi. Emporio Armani ilə əməkdaşlıq özünü doğrultdu – 2021-ci ildən bəri Napoli iki dəfə İtaliya çempionu oldu. Biz heç nəyə eyham vurmuruq, amma bəzi klublar bu ideyanı nəzərə ala bilərlər.

Erreà

İtaliya şirkəti Parmanı onun qızıl illərində, İslandiya yığmasını Avro-2016 və dünya çempionatı-2018-də, həmçinin Cenoa, Midlsbro, Atalanta, Brayton, eləcə də İspaniya, Fransa və Niderland klublarını geyindirirdi. Brend bu gün də aktiv fəaliyyət göstərir, lakin fərdi yanaşmaya üstünlük verən niş oyunçu kimi qəbul olunur.

Hummel

Danimarka şirkəti 1923-cü ildə təsis edilib və 100 ildən çox müddət ərzində ox işarəli şevronları Avropa çempionu olan 1992-ci il Danimarka yığmasının, həmçinin Real, Aston Villa və bir çox digər komandanın formasında yer alıb. Şanlı keçmişinə baxmayaraq, bu gün brend əsasən Skandinaviya ölkələrinin futbol klubları və digər Avropa çempionatlarının diqqətçəkici olmayan təmsilçiləri ilə assosiasiya olunur, həmçinin həndbol və kiberidman komandalarını geyindirir. Əgər forma kolleksiyası toplayırsınızsa, son illərin Danimarka yığmasının formalarına mütləq nəzər salın – minimalist olsa da, olduqca üslubludur.

Sevimli komandanızın formasını geyinin, onu stadionda və ya televiziya qarşısında dəstəkləyin və 1xBet platformasında qalibiyyətli proqnozlar edin!

1xBet haqqında

Etibarlı mərc brendi artıq 18 ildir fəaliyyət göstərir. Şirkətin qüsursuz nüfuzu milyonlarla oyunçunun etimadı və Barselona FK, LOSK Lill, İtaliya A Seriyası, FIBA, Volleyball World, ESL və digər dünyaca məşhur idman brendləri və təşkilatlarla əməkdaşlıqla təsdiqlənir.

Şirkət hesabın artırılması və uduşların çıxarılması üçün 250-dən çox ödəniş sistemi təklif edir və müştərilərin suallarına 24/7 rejimində operativ cavab verməyə hazır dəstək xidməti mövcuddur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni