Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) İtaliyanın Kaorle şəhərində təşkil olunan U20 Avropa çempionatında möhtəşəm qələbə qazanaraq qızıl medala sahib olub.
Sport-az.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Güləş Federasiyası yayıb.
Uğurlu çıxışı ilə fərqlənən Günay Qurbanova Avropanın ən güclüləri arasında öz adını zirvəyə yazdıraraq ölkəmizin idman tarixində növbəti uğura imza atıb.



