More

    Hells Bells, Seven Nation Army və digərləri: məşhur futbol klubları meydana hansı mahnılarla çıxırlar

    Musiqi hər bir futbol komandasının ruhunun ayrılmaz hissəsidir. 1xBet Azərbaycan dünyanın ən böyük stadionlarında səslənən ən tanınmış hitlərdən bəhs edir.

    Alman klubları rok musiqisinə üstünlük verirlər

    Oyuna düzgün köklənmək üçün nə lazımdır? Əlbəttə ki, ağır gitara riffləri. Bundesliqa klubları da bu fikirdədir və AC/DC-yə sözün əsl mənasında heyrandılar. St. Pauli məşhur Hells Bells hitinin zəng səsləri altında meydana çıxır, Bavariya isə bu əfsanəvi qrupun başqa bir trekini — Thunderstruck mahnısını seçib. Bayer Leverkusen də roka biganə deyil, amma üstünlüyü Status Quo qrupuna verir. Komanda meydana Rockin’ All Over the World mahnısının sədaları ilə çıxır.

    Melodik İtaliya

    Hamımız xatırlayırıq: əfsanəvi Dieqo Armando Maradona necə məharətlə və rahatlıqla topu jonglyor kimi oynadaraq, Life is Life trekinin sədaları altında rəqs edirdir. Təəssüf ki, Dieqo artıq aramızda yoxdur, amma Opus qrupunun bu hit mahnısı hələ də Napoli klubunun doğma stadionunda səslənir və argentinalı əfsanənin mirasını xatırladır.

    Milan isə mübarizəyə məşhur gitarist Eddi Van Halen‑in Jump hiti ilə köklənir. Mahnının ritmik akkordları San Siroda həmişə enerjili ab-hava yaradır və oyunçulara ilham verir.

    Britaniyalılar özünkülərini dinləyirlər 

    İPL klubları adətən yerli məşhur ifaçıların musiqilərinə üstünlük verirlər. Məsələn, Lester komandası meydana elə bu şəhərdə yaradılmış Kasabian qrupunun Club Foot trekinin sədaları altında çıxır.

    Mançester Siti-nin Etihad stadionundakı matçlarından əvvəl tez-tez 1930-cu illərə aid Blue Moon adlı musiqi baladası səslənir – bu mahnını əfsanəvi Oasis qrupunun lideri Liam Gallagher ifa edir. Yaxın qonşuları olan Yunayted isə meydana Stone Roses qrupunun This is the One kompozisiyası ilə çıxır.

    Britaniyalı musiqiçilərin böyüklüyünü şübhə altına almaq, pis 1xBet rəylərinə  inanmaq qədər mənasızdır.

    Ənənəpərəst ispaniyalılar

    Pireney stadionlarında ən çox futbol klublarının rəsmi himnləri və ya onların dəyişdirilmiş versiyaları səslənir – bu baxımdan ispanlar olduqca konservativdirlər. Amma populyar musiqi də unudulmur. Real və Sevilya tribunadakı azarkeşləri əfsanəvi Queen qrupunun We Will Rock You mahnısı ilə coşdururlar, Kamp Nouda isə tez-tez Kasabian və Coldplay dinlənilir. Vilyarreal isə çoxdan the Beatles qrupunun Yellow Submarine mahnısını özünün qeyri-rəsmi himni hesab edir.

    “Futbol” hitləri

    Bəzi məşhur mahnılar demək olar ki, dünyanın bütün stadionlarında səslənir. Son illərin dəyişməz lideri White Stripes qrupunun Seven Nation Army kompozisiyasıdır – onu demək olar ki, hər yerdə və hər zaman eşitmək mümkündür. İtaliyalı müğənni Gala Rizzatonun Freed from Desire rəqs hiti hələ də inanılmaz dərəcədə populyardır, eləcə də britaniyalı Blur qrupunun ölməz Song 2 treki. Müxtəlif yarışların qalibləri isə ənənəvi olaraq Queen qrupunun We Are the Champions mahnısı ilə təltif olunur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni