III MDB Oyunlarında Azərbaycanı 27 güləşçi təmsil edəcək

Oktyabrın 3-7 tarixlərində Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək III MDB Oyunlarının güləş yarışlarında ölkəmizi 27 idmançı təmsil edəcək. Yaydığı məlumata əsasən, yarışda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla ümumilikdə 150 güləşçi mübarizə aparacaq.

Yarış proqramına görə, 3-4 oktyabrda sərbəst və qadın güləşi növləri üzrə mübarizə gedəcək, 7 oktyabrda isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan sərbəst güləş millisi məşqçilər Əsgərxan Novruzov, Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi ilə aşağıdakı həvəskarlarla çıxış edəcək:

  • Hüseyn Rzazadə (45 kq)
  • Rəvan Həsənzadə (48 kq)
  • Hacıhüseyn Əhmədzadə (51 kq)
  • İbrahim Süleymanov (55 kq)
  • Rəşid Nazarov (60 kq)
  • Hüseyn İsmayılov (65 kq)
  • Nihad Abasov (71 kq)
  • Əli Hacıyev (80 kq)
  • Amin Nəsibov (92 kq)
  • Hakim Tağıyev (110 kq)

Qadın güləşi üzrə baş məşqçi əvəzi Toğrul Əsgərov, məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilova ilə birgə aşağıdakı idmançılar təmsil olunacaq:

  • Günel Quliyeva (43 kq)
  • Nəzrin Əhmədli (46 kq)
  • Xədicə Qurbanzadə (49 kq)
  • Xədicəxanım Talıbova (53 kq)
  • Esra Məmmədli (57 kq)
  • Fidan Babayeva (61 kq)
  • Simurə Abdullayeva (65 kq)

Yunan-Roma güləşində isə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin müşayiəti ilə aşağıdakı güləşçilər yarışacaq:

  • Ömər Salmanov (45 kq)
  • Yusif Mirzəyev (48 kq)
  • Elşad Abbasov (51 kq)
  • Hikmət Haqverdiyev (55 kq)
  • Əli Nəzərov (60 kq)
  • Nihat Tağıyev (65 kq)
  • İslam Sultanov (71 kq)
  • Nicat Yeylaqaliyev (80 kq)
  • Emil Abasov (92 kq)
  • Rauf Mütəllimov (110 kq)

Bu mötəbər yarışda ölkəmizin güləş idmanının ən güclü nümayəndələri iştirak edəcək və medallar uğrunda mübarizə aparacaqlar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni