Oktyabrın 2-də III MDB Oyunları çərçivəsində 8 idman növü üzrə yarışlar keçiriləcək. Proqramın əsas detalları belədir:
- Şəkidə davam edən çövkən yarışlarında Qırğızıstan millisi Küveyt komandası ilə, Qazaxıstan millis isə Türkiyə yığması ilə üz-üzə gələcək.
- Gəncə İdman Sarayında üzgüçülüyün beşinci və sonuncu yarışı təşkil ediləcək, qaliblər də müəyyən olunacaq.
- Yevlax Olimpiya İdman Kompleksində boksçular 1/4 final və yarımfinal mərhələlərində iştirak edəcəklər. Mübarizə 46, 48, 50, 52, 54, 57, 60, 63 və 66 kq çəki kateqoriyalarında aparılacaq.
- Qəbələdə badminton üzrə qarışıq komanda finalı keçiriləcək.
- Şəkidə batut gimnastikası üzrə yarışlar davam edib, bu idman növündə də qaliblər açıqlanacaq.
- Xankəndidə 4 gün davam edən kamandan oxatma yarışlarında tamaşaçılar maraqlı anlara şahidlik edəcəklər.
- Gəncə İdman Sarayında isə qılıncoynatma üzrə yarışlara start veriləcək. İlk gün kişilər arasında mübarizə olacaq.
Ümumilikdə, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Turnirdə 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə iştirakcı olub. Azərbaycan təmsilçisi ilə yanaşı, Rusiya, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Küveyt, Oman, Kuba və Pakistan komandaları da yarışlardadır.



