Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib. Məlumatına görə, yarışlar kişilər arasında 8 çəki dərəcəsində baş tutub.
Azərbaycanı beş idmançı finala çıxaraq qızıl medal uğrunda mübarizə aparacaq. Onlar bunlardır: Abdullətif Musayev (53 kq), Rüstəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+98 kq).
Yarımfinalda məğlub olmuş Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medallar üçün mübarizəyə qoşulacaq.
Medal görüşləri saat 17:00-da başlanacaq.
Seçmə mərhələdə Abdullətif Musayev tacikistanlı Mirzokarim İsmayılovu, Nihad Rəhimov isə qırğızıstanlı Nikita Paki məğlub edərək növbəti mərhələyə yüksəlib.
Yarış yüksək səviyyədə və gərgin keçməkdədir.



