Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan millisinin iki təmsilçisi yarışa uğurlu start verərək dörddəbir final mərhələsinə yüksəlib.
Qələbə qazanan boksçular:
- Məhəmmədəli Qasımzadə (60 kq) 1/8 final mərhələsində Cənubi Koreya təmsilçisi Donqvan Yanq üzərində qələbə qazanıb. Boksçumuz hakimlərin yekdil qərarı ilə 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə üstün olub. Növbəti görüşdə o, Dominikan Respublikasından Yohan Aquera ilə qarşılaşacaq.
- Məhəmməd Abdullayev (+90 kq) isə Monqolustanlı rəqibi Byeknur Xalini mübarizədən kənarlaşdırıb. Görüş 5:0 (30:26, 30:25, 30:26, 30:25, 30:25) hesabı ilə milli boksçumuzun xeyrinə başa çatıb. O, 1/4 finalda Cənubi Koreyalı Taeunq Yu ilə qarşılaşacaq.
Hər iki döyüş iyulun 3-də baş tutacaq. Qeyd edək ki, Azərbaycan 11 boksçudan ibarət heyətlə Dünya Kubokunda təmsil olunur. Həmçinin, Emil Qurbanəliyev və Anar Babanlı hakim qismində yarışda iştirak edirlər.



